Oxu.Az tabloid.az-a istinadla “Nargis” jurnalının “Gündəlik” bölməsinə jurnalın baş redaktoru Ülviyyə Rəhmanovanın, jurnalın məsul redaktoru Könül Nağıyevanın verdiyi müsahibəni təqdim edir:
Baş redaktor Ülviyyə Rəhmanova
- Yad planetlilərə inanırsınız?
- Evdə tək olanda istər-istəməz inanmağa başlayıram.
- “Nargis” jurnalında sevimli əməkdaşınız kimdir?
- Hamıya yaxşı yanaşıram: ya hamısı, ya da heç kim.
- Yay, yoxsa qış?
- Yayda-yay, qışda-qış.
- Məhəbbət 3 il yaşayır?
- Cavab vermək istəmirəm.
- Qoy həmişə nə olsun...
- Sağlam uşaqlar və gənc ana.
- Gözəl olmaq, yoxsa ağıllı olmaq?
- Mehriban, xeyirxah, gözəl və ağıllı.
- Sevimli şərab növünüz?
- Quru, 12,5-13 faizi.
- Sizin aforizminiz:
- Əgər “Mübahisə yoxdursa, deməli, hər şey bitib”. (“Üç yoldaş” E.M.Remark)
Məsul redaktor Könül Nağıyeva
- Hansı mahnı sizin qəlbinizin saundtreki kimi səslənir?
- Sting – “Practical arrangement”.
- Məhəbbət haqqında ən yaxşı roman?
- “İldırımlı aşırım” E.Bronte.
- Qadın nə istəyir?
- Sonsuz diqqət və hədiyyələr.
- Siz dünyada nəyi dəyişmək istəyərdiniz?
- Uşaqlar xəstələnməməli və ölməməlidir.
- Dünyanın sonu harada yerləşir?
- Sevgi harada bitirsə, orada.
- Keçmiş həyatda siz nə olmusunuz?
- Keyşa adlı geyşa.
- Sizin ünvanınıza deyilmiş ən gözəl kompliment hansı olub?
- “Ana, mən istəyirəm ki, arvadım sənə oxşasın”.
- Sizin aforizminiz:
- “Həyat onu acgöz kişilərə, pis əhval-ruhiyyə və pəhrizlərlə xərcləmək üçün çox qısadır”.