Buro 24/7 Up Close & Stylish layihəsini davam etdirir. Bu dəfə layihənin qəhrəmanı Buro 24/7 Azərbaycan versiyasının təsisçisi və NARGIS jurnalının baş redaktoru Ülviyyə Rəhmanovadır.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, o, Philipp Plein brendindən 2 obrazda görünüb. Gərgin iş qrafiki ilə çalışan və 3 yaşlı uşağın tərbiyəsi ilə məşğul olan qadının geyimində əsas olan rahatlıq və öz stilinin qorunmasıdır.