Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı, YARAT qeyri-kommersiya təşkilatının təsisçisi Aida Mahmudova yeni mərkəz açmağa hazırlaşır.
Oxu.Az-ın “buro247.az”-a istinadən xəbərinə görə, bu barədə təşkilatın rəhbəri özü məlumat verib.
YARAT Müasir İncəsənət Mərkəzi gənc istedadların daha çox öyrənmələrinə, onların müxtəlif sferalarda özlərini göstərmələrinə imkan yaradacaq. Açılışın dəqiq tarixi isə hələ bəlli deyil.
E.Ə.
www.oxu.az