Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nərimanovda baş verən yanğınla bağlı məhdudiyyətlər aradan qaldırıldı - YENİLƏNİB + FOTO/VİDEO
Bakı şəhəri, Nərimanov rayonunda baş verən yanğınla əlaqədar metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonunda, “Metro City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar bir neçə küçəyə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmuşdu. Bununla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olunmuşdu.
10:42
Bakının Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.
Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
10:35
“İlkin məlumata görə, Bakının Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın zamanı 300 kvadratmetr ərazi yanıb”.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin rəis müavini Əkbər Novruzov bildirib.
O, qeyd edib ki, yanğının söndürülməsinə 21 yanğınsöndürən maşın və 105 nəfər şəxsi heyət cəlb edilib:
“Ərazidə müxtəlif təyinatlı obyektlər yanıb. Hazırda ərazidə yanğının baş verməsinin səbəbləri araşdırılır”.
İlhamə Əbülfət
Rəylər