Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, hadisə Səməd Vurğun və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.
Şahidlər bildirirlər ki, qəza zamanı xəsarət alanlar olub.
Qəza yerinə BDYPİ-nin və təcili tibbi yardımın işçiləri gəliblər.
Qəzanın hansı səbəbdən və kimin günahından baş verməsi səbəbləri araşdırılır.