Bakının Nəsimi rayonu ərazisində yerləşən binalardan birinin həyətindəki problem aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a ərazi üzrə 151 saylı Mənzil-Kommunal İstismar sahəsindən məlumat verilib.
"Müraciət daxil olan kimi əməkdaşlarımız əraziyə cəlb olunublar. Problem tam aradan qaldırılıb, ərazi nəzarətdə saxlanılacaq", - deyə məlumatda bildirilir.



Bakının Nəsimi rayonu ərazisində yerləşən binalardan birinin həyətindəki məişət tullantılarının təmizlənməməsi həyət sakinlərinin narahatlığına səbəb olub.
Oxu.Az-a daxil olan şikayətdə bildirilib ki, söhbət Nizami, 135 ünvanından gedir.

"70 saylı Mənzil İstismar Sahəsinin ərazisidir. İki aydan çoxdur ki, binanın həyətində zibillər təmizlənmir. Dəfələrlə problemlə bağlı aidiyyəti yerlərə müraciət etmişik. Hər dəfə bizə zibillər daşınacaq deyə söz versələr də, dəyişən heç nə yoxdur.

Bundan əlavə bina sakinlərinin etirazına baxmayaraq, zibil qablarını düz eyvanın və girişin qarşısına qoyublar. Zibilin iyi, üfunət, antisanitariya hər tərəfə yayılır. Bu antisanitar vəziyyət isə ərazidə gəmiricilərin, həşəratların, sahibsiz heyvanların artmasına səbəb olur", - deyə şikayətdə bildirilib.



Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Əzizə İsmayılova