Oxu.Az redaksiyasına oxucuların birindən onu N.Tusi adına klinikaya buraxmadıqları barədə məktub daxil olub. Səbəb olaraq isə bu klinikanın fəaliyyətinin Səhiyyə Nazirliyinin fərmanına əsasən dayandırıldığını deyiblər.
Oxu.Az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə açıqlama üçün müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətində N.Tusi adına klinikanın fəaliyyətinin dayandırıldığını təsdiq ediblər, amma bunun müvəqqəti olduğunu vurğulayıblar.
Nazirlikdə deyildiyi kimi bu tibbi müəssisənin fəaliyyəti üçün lisenziyanın vaxtı bitdiyi üçündür.
“N.Tusi adına klinikaya tibbi fəaliyyət üçün verilmiş lisenziyanın vaxti bitib, bununla əlaqədar olaraq klinikanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda lazımi yoxlamalar aparılır”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyi kimi, bu gün üçün klinikanın fəaliyyətində heç bir qayda pozuntusu müşahidə edilməyib.
“Aparılan yoxlamanın nəticələrinə əsasən klinikanın lisenziyasının uzadılması barədə qərar qəbul ediləcək. Tezliklə onun fəaliyyəti bərpa ediləcək”, - Nazirlikdən bildiriblər.
Gülnarə Zeynalova
www.oxu.az