Tanınmış türk sənətçisi İbrahim Tatlısəs Qəzzada baş verənlərə reaksiya verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, müğənni öz fikirlərini Twitter-də paylaşıb.
O, bu dəfə İsrailin baş naziri Benyamin Netanyahunu tənqid edib.
“Netanyahu, sənə bəddua da etmirəm. Çünki müsəlmanlar bəddua etməz. Sadəcə Allaha həvalə edər. Mən də səni Allaha həvalə edirəm. Səni bildiyi kimi etsin”.
Qeyd edək ki, bir neçə gün öncə daha bir türk müğənnisi Yıldız Tilbe Qəzzaya olan hücumlara öz mövqeyini bildirmişdi.
O da Twitter səhifəsində “Allah Hitlerdən razı olsun” yazmışdı.
