Müsabiqə üçün son müraciət tarixinə bir həftədən az qalıb. Bir az sonra səsvermə başlayacaq.Xatırladaq ki, sevdiyiniz saytlara Ekspert Şurasının nümayəndələri və yalnız "Virtual münsiflər heyəti" kimi müsabiqədən əvvəl qeyiyyatdan keçənlər səs verə biləcək.
Bəs qaliblər iştirakdan ne qazacaqlar?
İlk növbədə qalib ictimai rəğbət qazanır. Belə bir çətin rəqabət keçib və öz sahəndə ən yaxşı olub NETTY heykəlciyi almaq, çox şeyə dəyər. Siz milli İnternet tarixinə daxil olacaqsınız, öz saytınız haqqında danışmaq və özünüzə diqqət cəlb etmək imkanı əldə edəcəksiniz. NETTY2014 Qaliblərini çoxsaylı partnyorlar da diqqətdən kənar saxlamacaq.
AR Rabitə Nazirliyinin İnformasiya təhlükəsizliyi və yüksək texnologiyalar Mərkəzi (www.cert.az) tərəfindən hər bir veb sayt, 2014-cü ildə öz resurslarının pulsuz auditi və təhlükəsizlik məsləhətləşmələri üçün sertifikat alacaq.
Hər bir qalibə Microsoft Azərbaycan şirkəti tərəfindən Microsoft BizSpark proqramında iştirak etmək imkanı veriləcək edəcək. Bu, sizə ən son texnologiyalara pulsuz çıxış, pulsuz ekspert dəstəyi imkanı verir.
Həmçinin, bütün iştirakçılar dizayn, məhsulların sınağı, servislərin Internetdə yerləşdirilməsi üçün pulsuz Microsoft lisenziyalı proqram təminatı, və buludlu hosting xidməti Windows Azure, Windows Store və Windows Phone Marketplace-ə pulsuz çıxış əldə edirlər.
"Doktor Veb" Şirkəti – Rusiyanın Dr.Web markalı informasiyanın anti-virus qorunması proqramçısı bütün NETTY 2014 qaliblərini 2 PC üçün 2 illik (Internet təhlükələrə qarşı tam qorunma) Dr.Web Security Space Pro hədiyyə paketi il təmin edir. Bütün namizədlər 2 aylıq Dr.Web Enterprise Security Suite (korporativ şəbəkəni qorumaq üçün nəzərdə tutulan bir məhsul) hədiyyə alacaq.
Ənənəvi tərəfdaş ALI & NINO - ən böyük kitab mağazaları şəbəkəsi NETTY2014 qaliblərinə Azərbaycan ədəbi əsərləri və dünya müəlliflərindən olan gözəl kitablar verir.
Kabel şəbəkələri operatoru KTV1 bütün qaliblər saytlara operator xidməti üçün pulsuz bir illik abunə sertifikatı verir.
Bütün müsabiqə qalibləri InfoCity informasiya tərəfdaşı tərəfindən pulsuz bir illik abunə alacaq.
COOL agentliyi mükafatın bütün qalib olan saytlara sosial şəbəkələrdə inkişaf etmək üzrə peşakar məsləhətlərin alınması imkanını əldə edəcəklər.
Və digər sürprizlər də olacaq. İştirak etməyə tələsin!
Xatırladaq ki, final mərasimində iştirak etməyə bütün mükafat nominantları dəvət olunacaq. Qaliblər Akademiya tərəfindən müəyyən olunacaq və Mərasimdə adı elan ediləcək.
Bu il müsabiqə Azərbaycan Respublikası Rabitə və Yüksək texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, AR Rabitə və Yüksək texnologiyalar Nazirliyinin İnformasiya təhlükəsizliyi və yüksək texnologiyalar Mərkəzinin tam dəstəyi ilə keçirilir.
Mükafatın əsas tərəfdaşı Myvideo.az lahiyəsidir.
Mükafatın tərəfdaşları kimi Microsoft şirkəti, BakuTel sərgisi, Ali & Nino kitab mağazaları şəbəkəsi, Nurlar şirkəti, Happyland şirkəti, kabel operatoru KTV1 çıxış edirlər.
Agentlik Kokon tərəfindən layihəyə dizayn dəstəyi göstərilir.
Hüquqi dəstək De Yure hüquq şirkəti tərəfindən göstərilir.
Mükafata Informasiya dəstəyini göstərirlər: 1news.az, Infocity.az, Oxu.az, Navigator.az, Disput.az, Inet.az, Weblist.az, Azerphoto.com, Friday.az, Cool- agency.com.
Mükafat İnformasiya təhlükəsizliyi Dr.Web şirkəti təmin edir.
Mükafat ilə əməkdaşlıq üçün info@netty.az əlaqə ünvanına müraciət edin.