“Kimlərə vaksin vurulmasının tövsiyə edilmədiyinə dair Səhiyyə Nazirliyi tərəfindən təlimat hazırlanıb”.
Oxu.Az verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
O bildirib ki, orada istehsalçı şirkətin bu istiqamətdə tövsiyələri də yer alır:
“Vaksinasiya üçün əks göstərişlər orada açıq şəkildə qeyd edilib. Bu istiqamətdə sualları olan şəxslər vaksinasiya olunacaqları tibb müəssisəsinə müraciət edə bilərlər. Həmin müəssisədə müvafiq müraciətə baxılacaq”.
O həm də qeyd edib ki, “vaksin olunan nahiyəyə su vurmaq olmaz” kimi fikirlər də yanlışdır:
“Bu fikirlərin elmi cəhətdən heç bir sübutu yoxdur. Tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. İlk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşana bilər. Bu isə təbii haldır”.
Könül Cəfərli
Rəylər