8 sentyabr 2015-ci il tarixində Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində “Beynəlxalq Sülh Günü və İnsan Hüquqları” mövzusuna həsr olunmuş tədbir keçirilib.
NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Oxu.Az-a bildirib ki, tədbir iştirakçıları öz çıxışlarında “Beynəlxalq Sülh Günü”nün yaranma tarixindən söz açaraq, müharibələr və onların törətdiyi qorxunc fəsadlar barəsində, insan hüquqları müdafiəsi ilə bağlı geniş müzakirələr və fikir mübadiləsi apardılar.
Ş.Mehmanqızı qeyd edib ki, sonda isə bu mövzuda maarifləndirici tədbirlərin, dəyirmi masaların tez-tez keçirilməsinin vacibliyi vurğulanıb.
E.Ə.
www.oxu.az