Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hava şəraiti ilə bağlı olaraq, sürücülərə xəbərdarlıq etdi.
Oxu.Az-a NİİM-dən verilən məlumata görə, yağmaqda olan qar ilə əlaqədar, aşağıda qeyd olunan istiqamətlərdə hərəkət edən sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur:
Bakı-Sumqayıt şos. - Dairəvi yol, Abdulvahab Salamzadə küç. (yol ötürücüsünün üstü) Abbas Mirzə Şərifzadə küç. (İnşaatçılar m/st. istiqamətində), Talıblı küç. (Yeni Yasamal), Badamdar şos., Qələbə dairəsi, Təbriz küç. (tunel), Alfred Nobel pr., Gəncə pr, Qara Qarayev pr., Heydər Əliyev pr. (Bağırov körpüsü - tunel).
NİİM-dən həmçinin vurğulayıblar ki, yollardakı vəziyyətlə bağlı məlumat əldə etmələri üçün sürücülərin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin “141” qaynar xətt xidmətinə müraciət etmələri tövsiyə olunur.
Elvin Əhmədov
www.oxu.az