Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə irəli sürdüyü təkliflərdən biri “Azəryolservis” ASC tərəfindən icra olunub.
NİİM-dən Oxu.Az-a daxil olan məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təklifi əsasında M.K.Atatürk prospekti ilə ak. Həsən Əliyev küçəsinin kəsişməsində, ak. Həsən Əliyev küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin geriyə dönməsinin təşkili məqsədilə şəkildə göstərildiyi qaydada yolötürücünün üzərində geriyə dönmə qaydası icra olunaraq sürücülərin istifadəsinə verilib.
E.Ə.
www.oxu.az