Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
NİİM sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
Bu barədə Oxu.Az-a NİİM-dən məlumat verilib.
Müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar.
"Müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır. Nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda ciddi sıxlıq yaranır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobillərinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. NİİM sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır", - deyə müraciətdə deyilib.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)" teqi üzrə xəbərlər
- Paytaxtın hansı küçələrində sıxlıq var? - 15.01.2025
- NİİM: "Bakıda yolun hərəkət hissəsində parklanma sıxlığa səbəb olub"
- Sabunçuda bəzi küçələrdə yeni işıqforlar quraşdırılıb
- "KamAZ" gənci metrlərlə sürüdü: 2012 qəzanın ən dəhşətliləri ANBAAN kamerada
- Paytaxtın hansı küçələrində sıxlıq var? - 13.01.2025
Rəylər