İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev Gəncə şəhər Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi təyin edilib.
Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
17:37
İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.
Rayon Polis Şöbəsindən N.Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.
APA-nın əldə etdiyi məlumata görə, N.Qocayev daha yüksək vəzifəyə təyinat alıb.