Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nizami rayonunda qanunsuz obyekt tikilir: Sakinlər şikayətçidirlər - VİDEO
Ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir.
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu Qara Qarayev pr. 229 ünvanındandır.
Şikayətçilərin sözlərinə görə, buradakı oboy satışı ilə məşğul olan sahibkar bir neçə ay öncə obyekti genişləndirmək məqsədilə ərazidə söküntü işlərinə başlayıb. Hətta bir neçə gün əvvəl sakinlərin daimi istifadə etdiyi pilləkənləri də sökməyə çalışıblar.
Məsələni sakinlər də təsdiqlədilər.
Sözügedən obyektin sahiblərindən biri olduğunu deyən Etibar Qəhrəmanov iddialara cavab olaraq bildirib ki, onların bütün lazımi sənədləri mövcuddur. Artırılma məsələsinə gəldikdə isə bu iddiaların yalan olduğunu, heç bir qanunsuz artırmadan söhbət getmədiyini deyib.
Məsələyə Nizami Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
"Qara Qarayev" teqi üzrə xəbərlər
- Qara Qarayev yeni klubunda nə qədər qazanacaq?
- Qara Qarayev: "Azərbaycan millisinin əsas heyətindən çıxarılmaq karyerama təsir etdi"
- Bu xəbərləri qaçırmayın: 30.10.2024-ün ən mühüm hadisələri
- Qara Qarayev "Araz-Naxçıvan"da: Heyət üzvlərinə təqdim edildi
- "Neftçi"nin sabiq yarımmüdafiəçisi Qara Qarayev karyerasını hansı klubda davam etdirəcək?
Rəylər