Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov vəzifəsindən azad edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) 4 dekabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, məsələ ilə bağlı ilk xəbəri "Unikal" yayıb.