Bu gün keçirilən buraxılış imtahanlarında 16 052 şəxsin iştirakı nəzərdə tutulub.
Baku TV xəbər verir ki, imtahanlar saat 11:00-da başlanıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 88 imtahan binası, 1 241 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 88 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 1663 nəzarətçi-müəllim, 176 buraxılışı təşkil edən əməkdaş, 88 bina nümayəndəsi ayrılıb.
Qeyd edək ki, növbəti buraxılış imtahanın sabah keçirilməsi nəzərdə tutulur.
Növbəti buraxılış imtahanı keçirilib - VİDEO
Rəylər