Novxanı çimərliyində faciənin baş verməsi təsdiqlənib.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən açıqlamada hadisənin gəzinti qayığı tərəfindən törədildiyi bildirilib.
“Çimərlikdəki istirahət mərkəzlərindən birində dənizdə çimən uşaq qayıqla vurulub. Lakin qayıq Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə aid olmayıb”.
Uşaq təcili tibbi yardım həkimləri tərəfindən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
15:10
Bu dəqiqələrdə Bakının Novxanı çimərliyində faciəvi hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, çimərlikdə çimən oğlan uşağı faciəvi hadisə nəticəsində xəsarət alıb.
Belə ki, oğlan dənizdə çimərkən Fövqəladə Hallar Nazirliyinin xilasedici qayığının pərləri uşağın üzünü parçalayıb.