Novxanı qəsəbəsində 2000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
Bildirilib ki, cari təmirlə əlaqədar sentyabrın 25-də saat 13:30-dan etibarən, Novxanı qəsəbəsi ərazisində, o cümlədən sənaye obyektləri daxil olmaqla, 2000 abonentin qaz təchizatı işlər tamamlanana qədər dayandırılacaq.