Onların balıq tutmağa gedərkən qəzaya düşdükləri bildirilir.
Novxanıda ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi xəbərə görə, hadisə saat 20:30 radələrində qeydə alınıb.
“BMW” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar təcili xəstəxanaya çatdırılıb.
Bakı şəhər Dövlət Yol Polisindən bildirilib ki, qəzanın baş vermə səbəbləri araşdırılır.