Novxanıda KIA yanıb, xəsarət alan var.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Abşeron rayonunun Novxanı kəndində KIA markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.