Nuşirəvan Məhərrəmli yenidən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri seçilib.
Bu barədə Oxu.Az-a MTRŞ-dan məlumat verilib.
Məlumata əsasən, bu gün keçirilən MTRŞ-nin növbəti iclasında təşkilati məsələlərə baxılıb.
“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Məhərrəmli Nuşirəvan Umud oğlu yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilib.
E.Ə.
www.oxu.az