Bakının NZS qəsəbəsində kanalizasiya problemi sakinlərin ciddi narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayılıb.
Bildirilib ki, qəsəbənin Abbas Səhhət küçəsi, 6 ünvanında kanalizasiya suyu küçəyə axaraq ərazini basıb. Vəziyyət o həddə çatıb ki, çirkab suları artıq yaşayış evlərinə də dolmağa başlayıb.
Sakinlərin sözlərinə görə, ərazidə yaranan kəskin üfunət qoxusu səbəbindən həyətə çıxmaq belə mümkün deyil. Çirkab suların küçədə və evlərin ətrafında toplanması antisanitar durum yaradıb, insanların gündəlik həyatını çətinləşdirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.