Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“OBA” marketlərinin yeni videosu Türkiyədə böyük marağa səbəb oldu - FOTO/VİDEO
Daima müştərilərinə yaxın olan və onların rahatlığını düşünən “OBA” marketlər şəbəkəsi Qurban bayramı öncəsi maraqlı və duyğusal sosial çarx yayımlayıb.
Qonşuluq konsepti ilə çıxış edən “OBA” marketlər şəbəkəsi videoda qonşuluq dəyərlərini önə çıxararaq, mərhəmətin, paylaşmağın vacibliyini vurğulayıb. İzləyicilər tərəfindən maraqla qarşılanan video, təsiredici səhnələrilə yaxşı qonşunun milli dəyərlərimizdə bizim üçün nə qədər önəmli olduğunu göstərib. Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır fikri bu videoda bir daha təsdiqini tapıb. Görüntülərdə tək yaşayan ahıl kişini sevindirən qonşular hər kəsə duyğu dolu anlar yaşadıb.
Yayımlanan video Türkiyədə də böyük marağa səbəb olub. Hətta Türkiyənin “Habertürk”, “İhlas Haber Ajansı”, “Sabah” kimi 30-a yaxın tanınmış xəbər saytları videonu “Azərbaycandan duyğulandıran reklam filmi” başlığı ilə paylaşıblar. Həmçinin, bir çox tanınmış Türkiyəli bloqerlər də həmin videonu sosial şəbəkələrdə hesablarında paylaşıblar.
“OBA” marketlər şəbəkəsi bildirib ki, videoçarxın hazırlanmasında məqsəd günümüzdə getdikcə unudulan yardımlaşmaq, paylaşmaq, yaşlı insanlara mərhəmət göstərmək kimi dəyərlərin önəminə diqqət çəkməkdir.
