Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Aviaqəzada sağ qalan Samir Devrişov: "Həm qardaşımı görməyə gedirdik, həm də iş axtaracaqdım"
"Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu təyyarə qəzasında yaralanan Samir Devrişov bildirib.
"Vəziyyətim yaxşıdır. Bizə çox yaxşı baxırlar. Bütün müayinələrdən keçiriblər. Qazaxıstanda da qayğımıza qaldılar", - o qeyd edib.
Yaralının sözlərinə görə, o, Qroznıya atası ilə birgə gedirdi: "Həm qardaşımı görməyə gedirdik, həm də iş axtaracaqdım".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Təyyarə qəzasından sağ çıxanlar arasında Balakənin Qullar kəndindən olan Devrişovlar da var.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini Tofiq Devrişov reanimasiyadadır. Onun oğlu Samir Devrişovun vəziyyəti isə yaxşıdır.
T.Devrişovun həyat yoldaşının sözlərinə görə, əri və oğlu Qroznıda yaşayan digər oğlunun yanına Yeni il bayramını keçirmək üçün gedirmişlər.
"Qardaşım Qroznıya gedəndə yazmışdı ki, yerə enirik. Sonra Qroznıda yaşayan qardaşım ağlaya-ağlaya səs atdı ki, qəza baş verib. Üstündən iki saat keçəndən sonra qəzaya uğrayan təyyarədəki qardaşımla əlaqə saxlaya bildilər. O, yaxşı olduğunu dedi", - Tofiq Devrişovun qızı Günay Hüseynova söyləyib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində ölənlər və yaralananlar var.
Ətraflı süjetdə:

"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Moskvada hava məkanı açıldı: Reyslər BƏRPA OLUNDU
- Hökumə Əliyevanın büstü HAZIRLANIR
- "Silk Way West Airlines" Milli Aviasiya Akademiyasına "Boeing 777" uçuş simulyatorunu təhvil verib
- Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib
- AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir