Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
AZAL-ın kapitan pilotundan AÇIQLAMA
"Təyyarə qəzası barədə sosial şəbəkələrə daxil olandan sonra öyrəndim".
Oxu.Az xəbər verir ki, bunu Baku TV-nin "Baku Analitik" verilişində AZAL-ın kapitan pilotu Sərxan Məhərrəmov deyib.
O, hadisə baş verən gün sükan arxasında olduğunu bildirib:
"Hadisə baş verən gün mən "London Heathrow" Hava limanından Bakı istiqamətində uçuş həyata keçirmişəm. Enişdən sonra evə getdim. İstirahət etmək üçün mobil telefonumu söndürdüm. Telefonu açandan sonra çoxlu sayda zənglərin, mesajların gəldiyini gördüm. İlk öncə mənə çatmadı, nə baş verib. Sosial şəbəkələrə daxil olandan sonra vəziyyəti öyrəndim. Qəzanı biləndə dəhşətə gəldim. Elə bildim ki, bu, yuxudur, yuxu kimi gəldi mənə. Artıq sosial şəbəkələri vərəqlədikcə öyrəndim ki, həqiqətən də, çox dəhşətli bir qəza olub", - deyə o bildirib.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Qazaxıstana AZAL təyyarəsində oksigen balonu partlaması barədə yanlış məlumatı Rusiya tərəfi verib
- Əməkdar pilot: "Qəzanın qaz balonunun partlamasına görə baş verməsi iddiası absurddur"
- AZAL Rusiyanın daha üç şəhərinə uçuşları dayandırdı
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- "Rosaviasiya" rəhbəri Aktaudakı təyyarə qəzasını ilk dəfə şərh etdi
Rəylər