Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır](https://images.oxu.az/2024/12/27/O3WVuWawhwjiiQoZ5PRYvzdLACSF3rdAcVOjTlD3:1200.jpg)
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır
Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan 2 ekipaj üzvü bort bələdçiləri Aydan Rəhimli və Zülfüqar Əsadov artıq Bakıdadırlar.
Oxu.Az REAL TV-yə istinadən xəbər verir ki, onlar AZAL-a məxsus təyyarə ilə ölkəyə qayıdıblar.
Aydan Rəhimli açıqlama vermək istəməsə də, Zülfüqar Əsadov özünü əla hiss etdiyini deyib.
Həmin görüntləri təqdim edirik:
![](https://img.youtube.com/vi/aP44tyfiGPQ/sddefault.jpg)
"Qızımla danışmışam, vəziyyəti normaldır".
Oxu.Az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Qazaxıstanda qəzaya uğrayan təyyarədə olan bələdçisi Aydan Rəhimlinin anası deyib.
"Bu, onun ilk uçuşu deyil, bir ilə yaxındır ki, işləyir. Döş qəfəsində problem var idi, amma deyilənə görə, indi yaxşıdır", - o söyləyib.
![](https://img.youtube.com/vi/ABuI1y66ecM/sddefault.jpg)
Təyyarə qəzasında sağ qalanlar arasında təyyarə bələdçisi Aydan Rəhimli də var.
Oxu.Az xəbər verir ki, onun xəstəxanadan görüntüləri Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırladığı videoda yer alıb.
Qeyd edək ki, qəza nəticəsində beş ekipaj üzvündən iki nəfər bələdçi sağ qalıb.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus "BE-200 ÇS" amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
Bununla bağlı Oxu.Az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
![](https://img.youtube.com/vi/hVqFRQ1jeQA/sddefault.jpg)
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ
- Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"
- Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib
- Kaş təyyarəmizi vuranlara ölüm hökmü verilə - Hökumənin atasından REAKSİYA
- Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələrini dərc etdi - DETALLAR
Rəylər