Altı yaşlı oğlunu görmək adıyla götürüb və bir daha geri qaytarmayan ata ilə bağlı axtarış tədbirləri aparılır.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaşın və müvafiq dövlət orqanın müraciəti əsasında məhkəmə qərarının icra etməkdən boyun qaçıraraq azyaşlı övladını ananın himayəsinə verməkdən boyun qaçıran B.Cabbarov barəsində axtarış elan olunub. Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində dörd aydır axtarışda olan Bəhruz Cabbarov və altı yaşlı oğlu Vəliyəddin Cabbarov canlı efirə qoşulublar. B.Cabbarov efirdə oğlunu oğurladığını etiraf edib.
Həmin görüntüləri təqdim edirik:
Oğlunu görmək adı ilə qaçıran ata ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Rəylər