Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avtomobili ilə piyadanı vurub öldürdükdən sonra qaçan sürücü TUTULDU
Yanvarın 1-də saat 6 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində 1976-cı il təvəllüdlü Qalib Hüseynov naməlum avtomobillə vurulub və aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-2112 markalı avtomobilin sürücüsü Tural Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.
Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.
Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda ölümlə nəticələnən AĞIR QƏZA
- Sumqayıt-Bakı yolunda yük maşınının iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO
- Bakıda "BakuBus" yük maşınına ÇIRPILDI: Sürücünün son durumu AÇIQLANDI
- Tovuzdakı dəhşətli qəzanın DETALLARI: Ölən şəxsin bir ay sonra TOYU OLACAQMIŞ
- Yük maşını evə çırpıldı: Xəsarət alan var