Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukrayna prezidenti azərbaycanlını Kiyevin hərbi administrasiyasının rəhbəri təyin edib
Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq sərəncamı ilə azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib.
Oxu.Az "Report"un Şərqi Avropa bürosuna istinadən xəbər verir ki, Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.
O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.
Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna valyutası tarixi minimuma düşdü
- Ukrayna PUA-larının hücumları səbəbindən "Yandeks" məhkəmə qərarı ilə üzləşdi
- Ukrayna bir illik büdcə gəlirləri həcmində yardım alıb: Ən çox kimin pulu gedib?
- Slovakiyanın baş naziri Ukraynanı hədələdi
- Ukraynada Vaşinqtonun tələb etdiyi qərar qəbul olundu: Səfərbərlik yaşı azaldılır?