Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb: Sürücü ağır xəsarət alıb
Oğuz rayonunda xəsarətlə nəticələnən qəza baş verib.
"Report"un məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Padar kənd sakini, 1990-cı il təvəllüdlü Nicat Əlövsət oğlu Məmmədəliyevin idarə etdiyi "DAEWOO" markalı avtomobil yoldan idarəetmədən çıxaraq ağaca çırpılıb.
Zərbənin gücündən avtomobil hissələrə bölünüb.
Qəza zamanı 34 yaşlı N.Məmmədəliyev müxtəlif bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Ən çox oxunanlar