Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Oğuzda avtomobil dirəyə çırpılıb: Xəsarət alanlar var
Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib.
Belə ki, Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.
Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar