Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb
Oğuzda qızılca xəstəliyinə 10 yoluxma faktı qeydə alınıb.
“Report”un məlumatına görə, rayon mərkəzindən və kəndlərdən qızılca xəstəliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 10 nəfər daxil olub.
Xəstəliyə yoluxanlardan ikisi bu gün xəstəxanaya daxil olub. Hazırda bir nəfər stasionarda müalicə alır, yeddi nəfərə isə ambulator müalicə göstərilib.
Qeyd edək ki, şimal-qərb bölgəsində qızılca xəstəliyinə ilk yoluxma halı sentyabrın ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb. Oktyabrın birinci ongünlüyündə isə Zaqatala rayonunda qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Dünən isə Qax rayonunda iki nəfər bu xəstəliyə yoluxub.
"Oğuz rayonu" teqi üzrə xəbərlər
- Ayıq sürücü kimi məclisə aparılmışdı, qəzada öldü
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
- Ev quşları tələf olan sakin: "Qazlarım dəli oldu, fırlanıb öldülər"
- Oğuzda ev quşları arasında xəstəlik yayıldı - Xəbərlərin 20:00 buraxılışı
- Oğuzda güclü külək fəsadlara səbəb olub
Rəylər