Oğuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, yanvarın 11-də, saat 15:10-da Oğuz rayonu, Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar üç nəfər (2 kişi, 1 qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bud sümüyünün yerdəyişmiş sınığı, bədənin müxtəlif nahiyələrinin səthi travmaları, daxili qanaxma, baldır sümüyünün açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1967-ci il təvəllüdlü şəxs (kişi) ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti orta ağır qiymətləndirilən 1978-ci il təvəllüdlü (qadın) şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Vəziyyəti kafi qiymətləndirilən 1994-cü il təvəllüdlü şəxs (kişi) iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib".
Şükufə Süleymanlı
Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.
Oxu.Az xəbər verir ki, onlar 1978-ci il təvəllüdlü, Oğuz rayon sakini Mətanət Ustakişiyeva, 1967-ci il təvəllüdlü, Oğuz rayon sakini İlqar Abışov və 1994-cü il təvəllüdlü Ayxan Nəsibovdur.
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə KIA markalı minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunublar.