Oğuz rayonunun Calut kəndi ərazisindəki yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 300 kvm sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
18:10
Oğuzda meşəlik ərazidə yanğın başlayıb.
“Report”un məlumatına görə, hadisə rayonun Calut kəndi yaxınlığında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə hissəsinin Oğuz rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün işlər görülür.