Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarında keçirdiyi irimiqyaslı hərbi təlimləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan izləyib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Azadlıq” radiosunun verdiyi məlumata görə, onu Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan müşayiət edib.
Atıcı silahlardan istifadə olunan təlimlərdə hərbi aviasiya da iştirak edib.