2014-cü ilin aprel ayının 1-nə olan məlumata görə, 2001-ci ilin əvvəlindən Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının işlənməsi layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) 98 917,8 milyon dollar vəsait köçürülüb.
Oxu.Az Day.az-a istinadən bildirir ki, bu haqda aprel ayının 4-ü Azərbaycan Dövlət Neft Fondundan məlumat veriblər.
“Yanvar ayının 1-dən aprel ayının 1-nə qədər “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində fonda 3 885,8 milyon dollar vəsait köçürülüb” – SOFAZ-dan deyiblər.
SOFAZ 1999-cu ildə yaradılıb, o dövrdə fondun aktivləri 271 milyon dollardan ibarət idi.
2014-cü ilin 1 yanvar tarixinə olan məlumata görə SOFAZ aktivləri 2013-cü ilin başlanğıcı ilə müqayisədə (34 129,4 milyon dollar) 5,1 faiz artaraq 35 877,5 milyon dollardan ibarət olub.
SOFAZ nizamnaməsinə əsasən fondun vəsaiti strateji vacib infrastruktur obyektlərinin tikintisinə və rekonstruksiyasına, eləcə də ümummilli problemlərin həllinə sərf edilə bilər.