Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Oktay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü
Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı yeni məlumat yayıb.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, saat 12:00 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər:
“City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər.
Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb”.
“Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır”, - deyə məlumatda qeyd edilib.
İlhamə Əbülfət
Rəylər