Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna yeni baş həkim təyin edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Oxu.Az-a bildirib ki, bu vəzifəyə əvvəllər həmin xəstəxanada çalışmış İman Rzayev təyin edilib.
Verilən məlumata görə, institutun əvvəlki baş həkimi Xəyyam Məmmədov yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.
Elvin Əhmədov
www.oxu.az