Media Təhlil Mərkəzi oktyabr ayı üzrə “Dövlət qurumlarının sosial şəbəkələrdə aktivlik indeksi” hesabatını açıqlayıb.
“Report”un hesabat əsasında apardığı təhlilə görə, oktyabrda “Facebook” sosial şəbəkəsində dövlət qurumlarının paylaşımları arasında ən çox reaksiya toplayan (“total interactions”) Müdafiə Nazirliyinin Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərindəki nitqi ilə bağlı paylaşımıdır.
“Instagram” sosial şəbəkəsində ən çox reaksiya toplayan Daxili İşlər Nazirliyinin Azərbaycan polisi ilə bağlı paylaşımıdır.

