Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Oktyabrın 28-nə olan HAVA PROQNOZU
Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcədən şaxtadan 3 dərəcəyədək isti olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər
- Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
- Sabahın hava proqnozu AÇIQLANDI - 25.11.2024
- Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- Havanın temperaturu 4-8 dərəcə enəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
Rəylər