Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ölən şəxsin evinə girib zəbt etdilər: MTK-nı şantaj edən kimlərdir?
Yasamal rayonunda söküntü aparılan ərazidə yaşlı qadın və oğlu ölən şəxsin evini zəbt edərək orada yaşayırlar.
Onların əlində heç bir sənəd olmadan sözügedən yerdə məskunlaşıblar.
Belə ki, hazırda Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ilə Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində "RR Constructions" MMC tərəfindən tikinti aparılır. Ərazidə olan 240 evlə müqavilə imzalanaraq onlardan 220-si artıq köçürülüb.
Bu barədə Yasamal rayon icra nümayəndəsi Fərid Pənahov məlumat verib.
O bildirib ki, köçürülən sakinlərin hamısı kirayə ilə təmin olunurlar.
Lakin ərazidə sökülməyən evlərdən biri də mübahisə mövzusuna çevrilən Emma Sadıxova adlı xanıma məxsusdur. Amma o, bir müddət əvvəl vəfat edib. Hər şey də bundan sonra başlayıb. Belə ki, yaşlı qadın yaxınları ilə birlikdə Emma Sadıxovaya məxsus evin qapısını sındıraraq oranı zəbt edib. İndi isə evin söküləcəyini eşidib, tikinti şirkətindən fantastik məbləğ tələb edir. Xanımdan evə dair sənəd istədikdə isə heç nə təqdim edə bilmir.
Ətraflı Baku TV-nin süjetində:
"Yasamal Rayon İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib
- Bakıda yeni bulvar SALINIR
- Yasamal gölünün taleyi yenidən sual altında: Qurudulur, yoxsa abadlaşdırılır?
- Bakıda səkisi əlindən alınan küçə və bu mənzərəyə səssiz qalan CAVABDEH QURUM
- Rəsmi qurumların boyunlarından atdıqları lüklər: Faciə baş versə, günah kimdə olacaq?
Rəylər