Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ölkə ərazisində müşahidə olunan güclü külək nə zaman səngiyəcək? - YENİLƏNİB
Milli Hidrometeorologiya Xidmətinin 4 aprel saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti davam edir. Hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur, küləyin maksimal sürəti 30 m/s-dir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, səhər saatlarından başlayaraq bölgələrdə müşahidə olunan güclü şimal-qərb küləyi artıq qərb rayonlarında nisbətən zəifləyib.
“Belə ki, hazırda küləyin maksimal sürəti Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevir, Yevlax, Tərtərdə 22 m/s, Şabran, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Ağdam, Xaçmazda 16 m/s-dir.
G.Məmmədova qeyd edib ki, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.
08:08
Aprelin 4-də saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 metr/saniyə, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Gəncə və Şəmkirdə, 20 m/s, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır.
Rəylər