“Sumqayıt şəhərində 39-BB-273 dövlət qeydiyyat nişanlı “ZiL MMZ 4505” yük avtomobilinin nəqliyyat vasitəsini sağ arxa təkəri olmadan idarə etməsi ilə bağlı yayılan görüntülər araşdırılıb”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb:
Nasaz avtomobillə yol örtüyünü yararsız hala salmaqla yanaşı digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, eləcə də nasaz avtomobili yedəyə alaraq təhlükəli üsulla daşyan sürücülər müəyyən olunub və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Üzləşdiyi problemi başqalarına təhlükə yaratmaqla aradan qaldırmağa çalışan “ZİL” sürücüsünün bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir və ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq"-deyə məlumatda qeyd olunur.
”.