Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 480 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 197, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 37 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 951 923, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 551, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 315, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 800 təşkil edir.
