Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 137 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 82, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 27, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 9 nəfərdir.
Bu günədək ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 958 344, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 400, üç və daha çox doza vaksin vurduranların sayı 3 402 467, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd edilənlərin sayı 266 062 nəfərdir.
