Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 nəfərə vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə 31, ikinci mərhələ üzrə yeddi, üç və daha çox doza üzrə doqquz, pozitiv nəticədən sonra buster doza üzrə iki nəfər vaksinasiya olunub.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 801, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 170, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 654, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 338 təşkil edir.
