Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 176 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 44, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 6 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 957 314, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 193, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 024 nəfər təşkil edir.
"COVID-19" teqi üzrə xəbərlər
- Kirill Qaburiç: "Ölkələr gücü ilə deyil, səhiyyə sistemi ilə öyünməlidirlər"
- Amir Dossal: "Statistikalar olduqca narahatedicidir"
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- Eyni vaxtda həm COVID-19-dan, həm də qripdən qoruyan peyvənd hazırlanıb
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı