“Bu gün koronavirusun ikinci alovlanması baş verir”.
Oxu.Az xəbər verir ki, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, xəstəliyin birinci dövründə yoluxma və ölüm sayı az idi:
“İkinci alovlanma dövründə, təəssüf ki, yoluxma və ölüm sayları artdı. Bu səbəbdən dövlət karantin rejimini sərtləşdirməyə məcburdur. Əgər əhalimizin 70-80 faizi bu virusa yoluxsa, bunun öhdəsindən gələ bilməyəcəyik.
Yalnız karantin rejimi qaydalarına riayət edilərsə, mübarizə apara bilərik. Maksimum xəstəliyə yoluxmadan qorunmaq lazımdır”.
Könül Cəfərli